Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı
Azərbaycanın tikinti sektorunda yeni şirkət fəaliyyətə başlayıb.
meqale.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, "ANS" Təmir Tikinti şirkətidir.
Hüquqi ünvanı Göyçay rayonun Cəyirli kənində yerləşən şirkət 10 manat nizamnamə kapitalı ilə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri Ayaz Səfərəliyevdir.