Azərbaycan komandası Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda qızıl medal qazandı - FOTO

Bu gün Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nun ikinci günüdür.

Azərbaycan komandası Bakıda keçirilən
Bu gün Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nun ikinci günüdür.

Trend xəbər verir ki, yarışın ikinci günündə qrup hərəkətlərində böyüklər yaş kateqoriyasında gimnastlar 5 lent və 3 top - 2 halqa şəklində yarışıblar.

Böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb.

Böyüklər arasında qrup hərəkətlərində 5 lent şəklində çıxış edən İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan komandası isə bürünc medal qazanıb.