Azərbaycan liqasında kuryoz hadisə: Stadionda işıqlar söndü, oyun dayandı - FOTO
Azərbaycan Premier Liqası çərçivəsində keçirilən "Sabah"-"Sumqayıt" oyunu yarımçıq dayandırılıb.
meqale.com xəbər verir ki, buna səbəb stadionda işıqların sönməsi olub.
Belə ki, "Sabah" FK-nın ev oyunlarını keçirdiyi Masazırda yerləşən stadionda oyunun 28-ci dəqiqəsində işıqlar sönüb.