Azərbaycan medal sıralamasında neçəncidir? - Paris-2024 - CƏDVƏL
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yerini daha da yaxşılaşdırıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, ötən gün 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim Kotsoyevin qızıl mükafat əldə etməsinin ardından Azərbaycan 15-ci pilləyə yüksəlib.
Qeyd edək ki, daha əvvəl digər cüdoçumuz Hidayət Heydərov da (73 kq) olimpiya çempionu adını qazanıb.