Azərbaycan millisi Avropa çempionatına yollandı

Azərbaycanın yelkənli qayıq üzrə milli komandası Optimist Avropa çempionatı üçün İtaliyaya yola düşüb.

Azərbaycan millisi Avropa çempionatına yollandı
Azərbaycanın yelkənli qayıq üzrə milli komandası Optimist Avropa çempionatı üçün İtaliyaya yola düşüb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Marina De Carrara şəhərində keçiriləcək yarış iyunun 29-da start götürəcək.

Çempionatda yığmamızı Furkan Mustafayev, Mikayıl Məmmədzadə, Nərgiz Məmmədova, Kamal Bəşirli, Emel Məmmədli, Davud Babazadə təmsil edəcək. Komandamız səfərə məşqçi Panagiotis Papadakis və komanda rəhbəri Massimo Giorgianninin başçılığı altında yollanıb.