Azərbaycan millisi İspaniya ilə eyni qrupda
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.
Yığmamızın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.