Azərbaycan millisinin futbolçusu Rusiya klubundan ayrıla bilər
Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva "Zenit"dən ayrıla bilər.
meqale.com oxuya istinadən xəbər verir ki, futbolçu ilə bir çox klublar maraqlansa da, o, Avropa klublarından təklif gözləyir.
Futbolçu Avropa klublarından təklif gələcəyi təqdirdə "Zenit"dən ayrılmaq istəyir.
Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.