Fransa millisində ciddi İTKİ: Azərbaycanla matçı buraxacaq
Randal Kolo Muani zədə səbəbindən Fransa yığmasının qarşıdakı oyunlarını buraxacaq.
meqale.com bildirir ki, bu barədə jurnalist Fabris Hokins sosial şəbəkə hesabında məlumat verib.
O, Fransa milli komandasının noyabrda keçiriləcək matçlarında oynaya bilməyəcək. Buna səbəb kimi isə forvardın "Tottenhem"in heyətində İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı oyunda (2:2) çənəsinin sınması göstərilir.
Randal Kolo Muaninin yerinə "Lans"ın yarımmüdafiəçisi Florian Toven yığmaya çağırılıb.