Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş təsdiq edildi
Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş təsdiq edilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş" təsdiq edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
meqale.com