Azərbaycan Premyer Liqasında baş məşqçi istefalarının sayı 4-ə çatdı

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının cari mövsümündə istefa verən 4-cü mütəxəssisdir.

Azərbaycan Premyer Liqasında baş məşqçi istefalarının sayı 4-ə çatdı
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının cari mövsümündə istefa verən 4-cü mütəxəssisdir.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, mövsümün əvvəlki 23 turunda 3 klub çalışdırıcısı ilə yollarını ayırıb.

"Kəpəz"də Azər Məmmədov 12 oyun duruş gətirib. Sonradan bir matçda onu Etibar İbrahimov əvəzləyib və ardınca Adil Şükürov baş məşqçi təyin olunub.

"Neftçi" mövsümün ilk yarısı bitən kimi Adrian Mutu ilə vidalaşıb. 18 turdan sonra rumıniyalını monteneqrolu Miodraq Bojoviç əvəzləyib.