Azərbaycan Premyer Liqasında REKORD

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Azərbaycan Premyer Liqasında REKORD
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, XXXII turun "Sumqayıt" - "Qarabağ" matçında baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.

Buna qədər rekord "Sumqayıt" - "Neftçi" matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, "Sumqayıt" ev matçında 1:0 hesablı qələbə qazanıb.