Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulur
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

meqale.com report.az-a istinadən xəbər verir ki, son olaraq iki qarşılaşma gerçəkləşəcək.

Çempionatda sonuncu olacağı dəqiqləşən "Qəbələ" avrokuboklara iddialı "Sabah"ı qəbul edəcək. "Qırmızı-qaralar"ın 20 xalı var. Paytaxt təmsilçisi hələlik 52 xalla 4-cü pillədə qərarlaşıb.

Tur Sumqayıtda başa çatacaq. Şəhərin eyniadlı komandası "Səbail"i sınağa çəkəcək. "Gənclik şəhəri" təmsilçisi 51 xalla 5-ci "dənizçilər" 42 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası XXXIV tur 17:00. "Qəbələ" - "Sabah" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Erkin Hüseynov Qəbələ şəhər stadionu

19:30. "Sumqayıt" - "Səbail" Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elçin Məmmədov M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəl "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı, "Qarabağ" "Zirə"ni (hər ikisi 1:0) məğlub edib.