Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib - YENİLƏNİB - FOTO
14:49 Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib.
meqale.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak edib.
"Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə hərtərəfli hesabat təqdim edilib. Azərbaycan Qoşulmama Hərəkatının Üçlüyü çərçivəsində Hərəkatın daha da güclənməsinə və inkişafına töhfə verməyə sadiqdir" - deyə bildirilib.
-------- 13:37 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqanda Prezidenti ilə görüşüb.
meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Uqandaya işgüzar səfəri çərçivəsində Uqanda Respublikasının Prezidenti Youeri Kaquta Museveni tərəfindən qəbul edilib.
"Görüş zamanı Azərbaycan və Uqanda arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib", - XİN bildirib.