Azərbaycan "Russia Halal Expo 2025” sərgisində təmsil olunacaq
Azərbaycan mayın 14-16-da Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçiriləcək "Russia Halal Expo 2025” sərgisində təmsil olunacaq.

Bu barədə İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti-Təchizat Birliyi" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, artıq sərgi ilə bağlı hazırlıq işlərinə başlanılıb və sərgidə Azərbaycanın milli stendini quraşdıracaq şirkətlər arasında seçim edilməkdədir.
Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş etdiriləcək.