Azərbaycan tərəfi erməni əsirləri təhvil verdi - VİDEO - FOTO

Rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım atılıb.

Azərbaycan tərəfi erməni əsirləri təhvil verdi - VİDEO - FOTO
Rəsmi Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi və yekun sülh müqaviləsinin imzalanması istiqamətində növbəti addım atılıb.

meqale.com xəbər verir ki, Trend-in Qazax rayonuna ezam olunmuş müxbirinin verdiyi məlumata görə, 32 şəxs azad olunaraq Ermənistana qaytarılıb.

Təhvil vermə prosesində hər iki ölkənin müvafiq dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.