Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO

"Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi üzərində çalışılır".

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər - FOTO
"Azərbaycan və Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi üzərində çalışılır".

meqale.com xəbər verir ki, bunu "Report"a müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

O qeyd edib ki, Azərbaycana daxil olan malayziyalılar üçün də qarşılıqlı vizasız rejimin tənzimlənməsinə yönələn ikitərəfli sazişi yekunlaşdırmağa çalışırlar:

"Anlaşma Memorandumu imzalandıqdan sonra bu, iki ölkə arasında birbaşa uçuşların yolunu açacaq və turistlərin gəlişini artıracaq", - diplomat qeyd edib.

Səfir Malayziyadan Azərbaycana səfər edən turistlərlə bağlı statistik məlumatları da bölüşüb:

"2021-ci ildə (yanvar-dekabr) Malayziyadan Azərbaycana gələn turistlərin sayı 522 nəfər təşkil etdiyi halda, 2022-ci ilin eyni dövründə bu göstərici 1060-a qədər yüksəlib və bu, 50 faizlik artım deməkdir. 2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycana 1 054 malayziyalı turist gəlib".

Qeyd edək ki, hazırda Malayziyaya səfər edən Azərbaycan vətəndaşları üçün 30 günlük vizasız rejim mövcuddur.