"Azərbaycan xalqı seçkilərə inamla gedir" - Fransalı jurnalist

Parisin "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru məşhur fransız jurnalisti Jan-Mişel Brun secki-2024.az saytına bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Parisin "La Gazette du Caucase" onlayn qəzetinin baş redaktoru məşhur fransız jurnalisti Jan-Mişel Brun secki-2024.az saytına bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

meqale.com Trend-ə istinadən bildirir ki, o deyib ki, Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir.

Baş redaktor xatırladıb ki, 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bötövlüyü təmin olundu:

"Separatçıların son sığınacağı olan Xankəndi şəhərini azad etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalına son qoydu, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi".

Jan-Mişel Brunun sözlərinə görə, bundan sonra ölkə yeni bir dövrə qədəm qoyub ki, bu da yenilənmə zərurəti yaradıb: "Yenilənmə Prezident seçkiləri ilə həyata keçirilməlidir. Axı ərazilərin işğaldan azad edilməsi 30 il ərzində məcburi köçkün statusunda yaşamış yerli əhalinin həmin ərazilərə qayıdışına birbaşa işarədir. Bu nöqteyi-nəzərdən seçkilərin keçirilməsi olduqca vacibdir. Çünki seçkilər ölkənin bütün regionlarının ərazilərini əhatə edəcək. 1993-cü ildə Qarabağ və Şərqi Zəngəzurdan qovulmuş keçmiş məcburi köçkünlər son tarixi hadisələrdən sonra Şuşa, Ağdam, Füzuliyə qayıdaraq azad edilmiş ərazilərdə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Eyni zamanda Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da seçki məntəqələri yaradılıb. Ölkənin bütün ərazisində keçirilən ilk seçkilərin Prezident seçkiləri olması, sözsüz ki, bütün Azərbaycan xalqı üçün güclü və misilsiz simvolik xarakter daşıyır".

Jan-Mişel Brun əmin olduğunu bildirib ki, Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir:

"Hazırda Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınır, xüsusilə Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində "ağıllı" və resurslara qənaət edən şəhərlərin tikintisi hesabına iddialı enerji keçidi planı hazırlanır. Ən böyük qlobal tədbir olan COP29 ərəfəsində bu statusu qorumaq olduqca vacibdir".

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun