Azərbaycanda 36 yaşlı qadın öldürüldü - əri saxlanıldı

Goranboyda qətl hadisəsi baş verib.

Azərbaycanda 36 yaşlı qadın öldürüldü - əri saxlanıldı
Goranboyda qətl hadisəsi baş verib.

meqale.com-ın məlumatına görə, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir. (APA)