Azərbaycanda anadan dəhşətli əməl - övladını sosial şəbəkədə... - YENİLƏNİB

18:51 Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

Bu barədə meqale.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır. Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

-------- 17:55 Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşım edən ana ilə bağlı tədbir görülüb.

meqale.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report-a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin ediib.