Azərbaycanda "Analar Günü" təsis oluna bilər
Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər.
meqale.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:
"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə "Analar Günü" kimi də qeyd edirik".