Azərbaycanda "App Store"nin çökməsinin SƏBƏBİ AÇIQLANDI

Ölkədə bəzi smartfonlarda istifadə olunan "App Store" tətbiqi iflic olub.

Azərbaycanda
Ölkədə bəzi smartfonlarda istifadə olunan "App Store" tətbiqi iflic olub.

Bir neçə gündür ki, istifadəçilər bu tətbiqin xidmətlərindən yararlana bilmirlər.

meqale.com baku.ws-ə istinadən bildirir ki, mütəxəssislər əvvəllər belə problemin qeydə alınmadığını deyirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevin sözlərinə görə, məsələ yalnız ölkə səviyyəsindədir:

"Düşünürəm ki, bu, telefonlara ziyanverici proqramların yüklənməsinin qarşısını almaq üçündür".

R.Əliyev onu da qeyd etdi ki, problemin nə vaxt aradan qaldırılacağı məlum deyil.