Azərbaycanda ardıcıl güclü zəlzələ oldu - yenilənib
08:20 Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə meqale.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınmışdır", - Mərkəzin məlumatında diqqətə çatdırılıb.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
---------- 07:08 İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.