Azərbaycanda avtomobil ticarət mərkəzinə çırpılıb, xəsarət alan var - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil ticarət mərkəzinə çırpılıb.

Azərbaycanda avtomobil ticarət mərkəzinə çırpılıb, xəsarət alan var - FOTO
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib, avtomobil ticarət mərkəzinə çırpılıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Yağışlı havada idarəetməni itirən "Runna" markalı avtomobil ticarət mərkəzinin divarına çırpılıb.

Nəticədə 1981-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini Nağıyeva Ülviyyə İsmayıl qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.