Azərbaycanda avtomobillə moped toqquşdu

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycanda avtomobillə moped toqquşdu
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1966-cı il təvəllüdlü Camalov Knyaz Nuhu oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1997-ci il təvəllüdlü Bağırov Allahverdi İlham oğlunun idarə etdiyi moped toqquşub.

Qəza nəticəsində mopedin sürücü ağır xəsarətlər alıb. Sürücü dərhal xəstəxanaya çatdırılıb.