Azərbaycanda bazarda yanğın olub - YENİLƏNİB - VİDEO
10:56 Dünən Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb.
Fövqəladə Hallar Nazirliyindən meqale.com-a bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
-------- 10:32 Lənkəran şəhərində bazar yanır.
meqale.com oxuya istinadən xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.