Azərbaycanda boşanmalara daha çox bu dövrdə rast gəlinir – ARAŞDIRMA VIDEO

Boşanma hallarına evliliyin ilk 5-10 il arasında daha tez-tez rast gəlinir.

Azərbaycanda boşanmalara daha çox bu dövrdə rast gəlinir – ARAŞDIRMA VIDEO
Boşanma hallarına evliliyin ilk 5-10 il arasında daha tez-tez rast gəlinir.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sosioloq Üzeyir Şəfiyev deyir ki, son illər  ölkədə kalssik ailə modelinin əsasları zəifləyir.

Onun sözlərinə görə, xüsusilə gənc nəsil avropa ölkələrində olan ailə tərzlərini özlərinə nümunə götürürlər.

Sosioloq bildirib ki, ilk illərdə ailə böhranları daha çox yaşandığına görə cütlüklər bunun öhdəsindən gəlmək əvəzinə asan yol kimi boşanmanı seçirlər.

Üzeyir Şəfiyev qeyd edib ki ailələrdə bəzən adi məsələlər böyük problemə çevirilərək boşanma ilə nəticələnir.  Yeni evlənən gənclərə ailə dəyərlərinin aşılanmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Əksər vaxtlarda onlar ailədaxili münaqişələrə ciddi yanaşmır əksinə vəziyyəti boşanma həddinə çatdırırlar.