Azərbaycanda bu məhsullar bahalaşıb

Bu ilin fevral ayında ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.

Azərbaycanda bu məhsullar bahalaşıb
Bu ilin fevral ayında ərzaq qiymətləri indeksi 127.1 bəndə yüksəlib.

meqale.com xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.

FAO-nun hesabatına əsasən, bu, yanvar ayı ilə müqayisədə 1.6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8.2% artım deməkdir.

Bildirilib ki, əsas qiymət artımları taxıl, bitki yağları, süd və şəkər məhsullarında müşahidə olunub.

Məlumata görə, fevral ayında FAO-nun taxıl qiymətləri indeksi 112.6 bənd təşkil edib ki, bu da yanvar ayına nisbətən 0.7% artım deməkdir. Əsas səbəblər arasında Rusiya və ABŞ-də əlverişsiz məhsul şəraiti və Argentinada istehsalın azalması qeyd edilir.

Fevral ayında bitki yağlarının qiyməti 2% artaraq 156 bəndə çatıb. FAO-ya görə, bu artım Cənub-Şərqi Asiyada hasilatın azalması və İndoneziyada biodizel sənayesindən yüksək tələblə əlaqəlidir.

FAO-nun açıqladığı ərzaq qiymətləri indeksinə əsasən, bu ilin fevral ayında ət məhsullarının qiymət indeksi 118 bənd təşkil edib. Bu, yanvar ayı ilə müqayisədə 0.1% azalma olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 4.8% artım deməkdir. Ət məhsullarının qiymət indeksinin azalmasının əsas səbəbləri arasında Braziliyada yüksək təklif fonunda mal və quş ətinin ucuzlaşması qeyd olunur.

Süd məhsulları fevral ayında 4% bahalaşıb. Xüsusilə pendir və kərə yağı qiymətlərində ciddi artım qeydə alınıb. Ekspertlər bunu Okeaniyada süd istehsalının azalması ilə əlaqələndirirlər.

Fevral ayında şəkər qiymətləri yanvara nisbətən 6.6% artsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 15.8% azalma müşahidə edilib. Hindistanda istehsalın azalması və Braziliyadakı hava şəraiti bu bahalaşmaya təsir edən əsas faktorlar sırasındadır.