Azərbaycanda bu şirkətlərə dövlət yardım edə bilər - Yeni qayda hazırlanır
Azərbaycanın İqtisadiyyat və Maliyyə nazirlikləri Azərbaycan ixracatçıları və logistika şirkətlərinin yeni bazarlara çıxışını stimullaşdırmaq üçün pilot layihə hazırlayıb.
                        meqale.com xəbər verir ki, bu barədə Trend-a eksklüziv olaraq hökumətdəki mənbə bildirib.
"İki nazirlik birgə Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifə əsasən, 5 il ərzində xarici bazarlara malların daşınması xərclərinin 75 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırıla bilər. Bu dəyişiklik Azərbaycan istehsalı olan malların Körfəz ölkələri, Yaponiya, Cənubi Koreya, ABŞ kimi bazarlara çıxışını təmin edə bilər", - mənbə qeyd edib.
Onun fikrincə, qismən subsidiya mexanizmi vasitəsilə həm yerli ixracatçılar, həm də yerli logistika şirkətləri inkişaf edəcək. Bu təklif Azərbaycanın bütün nəqliyyat və logistika assosiasiyalarında müzakirə mərhələsindən keçib və böyük həvəslə qarşılanıb.