Azərbaycanda bu su anbarı əsaslı təmir olunacaq

Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain su anbarında əsaslı təmir işləri aparılacaq.

Azərbaycanda bu su anbarı əsaslı təmir olunacaq
Azərbaycanın Astara rayonunun ərazisində yerləşən Ləvain su anbarında əsaslı təmir işləri aparılacaq.

meqale.com bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti bununla bağlı müvafiq işlərə başlayıb. Belə ki, əsaslı təmir işləri su anbarında baş verən sızmaların qarşısının alınması məqsədilə həyata keçiriləcək.

Qurum artıq sözügedən işləri icra edəcək şirkət axtarışındadır və bunun müqabilində 200 min manat ödəməyə də hazırdır.