Azərbaycanda çörək UCUZLAŞDI - FOTO

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

Azərbaycanda çörək UCUZLAŞDI - FOTO
Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

meqale.com xəbər verir ki, Trend-in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.

Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.