Azərbaycanda daha bir körpə doğuş zamanı öldü
Tovuzda doğuş zamanı körpə ölümü baş verib.
meqale.com xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb.
Bildirilib ki, martın 5-i saat 2 radələrində Gədəbəy rayon sakini, 23 yaşlı Səmayə Əjdər qızı Abbasova doğuş üçün xəstəxanaya gətirilib, doğuş zamanı körpə ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.