Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxs TUTULDU - YENİLƏNİB
Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, 31 yaşlı O.Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib. /Oxu.Az
--------
10:10
Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.
meqale.com xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
00:21 Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib.
Bu barədə meqale.com-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.
Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
--------- 23:00 Goranboyda məktəbli qaçırılıb.