Azərbaycanda ən çox donuz olan rayonlar
2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 3103 donuz olub.
meqale.com xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən illə müqayisədə donuzların sayında ciddi azalma olub.
Belə ki, 2024-cü ilin əvvəlinə olan məlumatla müqayisədə donuzlar 30 faizdən çox azalıb.
Bakıda donuzların sayı 1404-dən 616-ya düşüb. Bu heyvanlar əsasən şəhərin Sabunçu rayonundadır.
Ölkəmizdə ən çox donuzun olduğu rayon Qaxdır. Burada 1228 donuz var. Qəbələ 670 donuzla ikinci sıradadır. İsmayıllıda isə 204 donuz qeydiyyata alınıb.