Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.
meqale.com xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində Hindistan, Türkiyə, Kuba, Misir, Çin, Pakistan, Rusiya, Konqo, Azərbaycan, Türkmənistan, Nigeriya, Tailand, Küveyt, İsrail və Qana vətəndaşları - ümumilikdə 31 nəfər - ölkədən çıxarılıblar.
Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.