Azərbaycanda futbol matçında DAVA DÜŞDÜ - VİDEO
Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsüm start götürüb.
meqale.com Offsideplus.az-a istinadən xəbər verir ki, Yevlaxda keçirilən "Karvan" - "Mingəçevir" matçında dava düşüb.
Buna səbəb "Karvan"ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb.
Matçın baş hakimi bu davadan irəli gələrək iki futbolçuya qırmızı vərəqə göstərib .
Həmin anın görüntülərini sizə təqdim edirik: