Azərbaycanda həbs edilən hindistanlı kriminal avtoritet ölkəsinə qaytarılacaq - FOTOlar

Azərbaycan ötən il Bakıda həbs edilmiş hindistanlı kriminal avtoritet Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.

meqale.com "News 11 Bharat"a istinadən xəbər verir ki, bunun üçün Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.

Məlumata görə, Mayank Sinqh Hindistana avqustun 22-23-də təhvil veriləcək.

Bu ilin mart ayında məlum olub ki, Azərbaycan Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsini tezləşdirib.

Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.