Azərbaycanda ilk dəfə kibermüharibə yarışı keçiriləcək
"Tədbirdə 1700-dən çox ziyarətçinin iştirakı təsdiqlənib".
meqale.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova 26-27 oktyabrda keçiriləcək "Critical Infrastructure Defence Challenge 2023" tədbiri ilə bağlı brifinqdə deyib.
O bildirib ki, iştirak sayı limitli olacaq:
"Tədbirdə 14 yerli, 27 xarici şirkət olmaqla ümumilikdə 41 şirkət öz həll yollarını təqdim edəcək. Ümumilikdə 41 şirkətin öz məhsulu təqdim edəcəyi platformada 5 dövlət qurumu, kiçik və orta biznesin inkişafı agentliyinin dəstəyi ilə 8 startap layihəsi də öz məhsullarını həllərini təqdim edəcək".
Altı istiqamətdə xüsusi təlimlər, eləcə də yarışlar keçiriləcək. Təşkilatçılar, ziyarətçilər və mətbuat işçiləri üçün xüsusi qidalanma zonaları nəzərdə tutulub.