Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - YENİLƏNİB - FOTO

12:53 Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - YENİLƏNİB - FOTO
12:53 Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

meqale.com report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.

Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.

Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.

Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, "Yasamal" aşırımı deyilən yerdə baş verib. Belə ki, "Nissan" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Salahov Samir (1987), Həsənov Məhəmməd (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

---------- 11:07 Azərbaycanda müğənni ağır qəzaya düşüb.

meqale.com manset.az-a istinadən xəbər verir ki, hadisə dünən Şəmkir rayonu ərazisində baş verib. 

Müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə qəzaya düşüb. Qəzada müğənninin 17 yaşlı oğlu İlkin Rzayev dünyasını dəyişib.