Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA: Maşın betona çırpıldı - FOTO

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏTLİ QƏZA: Maşın betona çırpıldı - FOTO
Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb.

meqale.com APA-ya istinadən bildirir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı maşını idarə edən Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb.

Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb.

Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib.