Azərbaycanda Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilib - Sergey Markov
Azərbaycanda Prezident seçkiləri seçki qanunvericiliyinə və ölkə konstitusiyasına uyğun keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
"Azərbaycanda seçki məntəqələrində olarkən seçici fəallığının yüksək olması bizi yaxşı anlamda təəccübləndirdi. Məntəqələrin qarşısında səs vermək istəyən vətəndaşların uzun növbələri yaranmışdı. Əminəm ki, bütün beynəlxalq müşahidəçilər yekdilliklə bəyan edə biləcəklər ki, Azərbaycanda seçkilər şəffaf keçdi".
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.