Azərbaycanda professor məhkəmə zalında həbs edildi

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Vəliyev həbs edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, professor külli miqdarda dələduzluqda təqsirli bilinib. İttihama görə, o, bir neçə nəfərə yalan vəd verərək 80 min manatdan çox pul ələ keçirib.

İşi Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdırıb.

Hökmə əsasən, R.Vəliyev 6 il azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan professor məhkəmə zalında həbs edilib.