Azərbaycanda qaz limitinin ləğvi müzakirəyə çıxarıldı

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub.

meqale.com report-a istinadən xəbər verir ki, bu təkliflə deputat Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kifayət qədər qazı var:

"Buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm".