Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ
"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur".
meqale.com report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.