Azərbaycanda suyun istehsal gücü saniyədə 30 m³-ə çatdırılacaq
Azərbaycanda su mənbələrinin bərpası nəticəsində istehsal gücünün saniyədə 30 m³-ə çatdırılması nəzərdə tutulur.
meqale.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, mövcud suötürücü qurğuların kompleks şəkildə yenidən qurulması və 5 yeni infrastruktur obyektinin yaradılması planlaşdırılır.
meqale.com