Qəzzanın müharibədən sonra taleyi nə olacaq? - Tramp planını açıqladı
ABŞ Prezidenti Donald Tramp Qəzzada müharibədən sonrakı dövr üçün nəzərdə tutulan planların icrasını təmin edəcək Sülh Şurasının tərkibini yaxın günlərdə açıqlamağı planlaşdırır.
meqale.com xəbər verir ki, şuranın üzvləri gələn həftə elan ediləcək və ilk toplantının Davos İqtisadi Forumu çərçivəsində keçirilməsi gözlənilir.
Bildirilir ki, şura dövlət və hökumət başçılarından formalaşacaq və ona birbaşa Donald Tramp rəhbərlik edəcək. Qurumun əsas məqsədləri sırasında Qəzzada müvəqqəti idarəetmənin yaradılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin cəlb olunması və bölgənin bərpasının maliyyələşdirilməsi yer alır. İsrailin Baş naziri Benyamin Netanyahu təşəbbüsü dəstəklədiyini açıqlayıb.