Azərbaycanda tezliklə elektron kredit-təminat sistemi işə salınacaq

Azərbaycanda elektron kredit-təminat sisteminin 2024-cü ilin fevral ayından sahibkarlar üçün əlçatan olacağı gözlənilir.

Azərbaycanda tezliklə elektron kredit-təminat sistemi işə salınacaq
Azərbaycanda elektron kredit-təminat sisteminin 2024-cü ilin fevral ayından sahibkarlar üçün əlçatan olacağı gözlənilir.

meqale.com xəbər verir ki, bu barədə Trend-in sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev 2023-cü ildəki fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Texniki nöqteyi-nəzərdən hər şey hazırdır. Hazırda müvafiq sənədləri hazırlayırıq. Bu ilin fevral ayında sistemin işə salınacağını gözləyirik", - deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. İnvestisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manat olub, kreditləşmənin həcmi isə təqribən 33 faiz artıb.

Xatırladaq ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda sahibkarlar 145,9 milyon manat dəyərində güzəştli kredit əldə edib.