Azərbaycanda toy qaydaları dəyişir?
Azərbaycanda toyların formatının yaxın zamanda tam dəyişə biləcəyi iddia olunur. Yeni model 100 nəfərlik məclis, bir müğənni və bir diceydən ibarət sadələşdirilmiş proqramı nəzərdə tutur. Səbəb isə toy qiymətlərinin son illər məntiqi çərçivəni aşaraq kəskin bahalaşmasıdır. Artıq bəzi nişan və xına mərasimlərində təkcə müğənnilərə 100 min manatdan çox qonorar ödənməsi adi hal alıb. Dekor, yemək və digər xərclər əlavə olunduqda isə bir nəfər üçün toy xərcinin 500-700 manata qədər yüksəldiyi bildirilir.
Cəmiyyət bu cür toy formatını qəbul edəcəkmi? İddialar nə dərəcədə real görünür?
meqale.com bildirir ki, globalinfo.az-a danışan restoran sahibi Mürvət Həsənli bildirib ki, Azərbaycanda bu cür toyların təşkili hələlik mümkün deyil:
"Çünki mövcud adət-ənənələr buna imkan vermir. Valideynlər övladlarının toyunu istədikləri kimi keçirmək arzusu ilə yaşayırlar. Hətta bir vaxtlar toy xərcləri üçün döşək altına pul yığmaq kimi ənənələr də olub. Digər tərəfdən, ailələr övladlarına toy edənədək çox sayda məclislərə gedir, hətta bəziləri gələcək dəvətlər üçün siyahı hazırlayır, plan qururlar. Ona görə də yaxın zamanda belə köklü ənənələrdən birdən-birə imtina etmək mümkünsüzdür".
Sosioloq Mail Yaqub deyib ki, cütlüyün xoşbəxtliyi toyda iştirak edən insanların sayından asılı deyil: