Azərbaycanda yeni klub yaradıldı: çempionun 4 oyunçusu transfer edildi
Azərbaycanda qadın voleybolçulardan ibarət yeni klub yaradılıb.
meqale.com xəbər verir ki, "DH Volley Baku" adlanan klub "Azərlotereya" ASC Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində təsis olunub.
Klubun prezidenti Şərəf Yalçın, baş məşqçisi isə Fərid Cəlalovdur.
"DH İdman" MMC-nin yaratdığı klub növbəti mövsümdən etibarən Azərbaycan çempionatının Yüksək Liqasında və ölkə kuboku yarışlarında mübarizə aparacaq.
"Azərbaycan çempionatında əsas hədəfimiz çempionluqdur. Yalnız yerli yox, beynəlxalq yarışlarda da adımızdan söz etdirmək niyyətindəyik", - deyə "DH Volley Baku"nun prezidenti Şərəf Yalçın bildirib.
Komandanın iddiasını heyətdən də görmək mümkündür. Belə ki, kluba Azərbaycan yığmasının 5 voleybolçusu cəlb olunub. Söhbət Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyevadan gedir.