Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi

Prezidentin İşlər İdarəsinin sabiq şöbə müdiri İsmayıl Ələkbərov vəfat edib.

Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi
Prezidentin İşlər İdarəsinin sabiq şöbə müdiri İsmayıl Ələkbərov vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, İ.Ələkbərov 74 yaşında xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, İsmayıl Qurban oğlu Ələkbərov 12 noyabr 1951-ci ildə Tovuz rayonunda anadan olub. O, uzun illər dövlət təhlükəsizliyi orqanlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifələrdə çalışıb. Birinci Qarabağ müharibəsi veteranı olan İ.Ələkbərov 2014-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2015-ci ildə ehtiyatda olub. Daha sonra Prezidentin İşlər İdarəsində Nəqliyyat məsələləri üzrə şöbənin müdiri təyin edilib. Prezident tərəfindən İ.Ələkbərova 3-cü dərəcə dövlət müşaviri ali ixtisas dərəcəsi verilib. 2024-cü ilin yanvar ayında xəstəliyi ilə əlaqədar təqaüdə  çıxıb. 2025-ci ilin mart ayının 15-də vəfat edib. Allah rəhmət etsin.