Azərbaycanın daha bir idmançısı Paris-2024-də çıxışını yekunlaşdırdı

Azərbaycan çəkicatanı Anna Skidan Paris-2024-də çıxışını başa vurub.

Azərbaycanın daha bir idmançısı Paris-2024-də çıxışını yekunlaşdırdı
Azərbaycan çəkicatanı Anna Skidan Paris-2024-də çıxışını başa vurub.

meqale.com xəbər verir ki, təsnifat mərhələsində 32 atlet arasında 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə əldə edən Anna medal uğrunda yarışıb. Həlledici mərhələdə 12 idmançı çıxış edib.

Anna əvvəlcə 73.27 metr məsafəyə çəkiç atmaqla 6-cı yeri tutub və finalda mübarizə aparan 8 idmançı arasına düşüb. Finalda isə onun ən yaxşı nəticəsi 73.66 metr olub (6 cəhddə). Bu nəticə ilə milliləşdirilmiş ukraynalı idmançı 7-ci yeri tutub və yarışı medalsız başa vurub.

Bu yarışın qalibi isə Kanada idmançısı Kemrin Rodcers olub. O, 76.97 metr məsafəyə çəkic atmaqla Olimpiya çempionu adını qazanıb.